
Təlimlər
- Data Analitika
- Mühasibat
- İnsan Resursları
- Marketinq
- Komputer bilikləri
- Biznes Təlimləri
Microsoft Excel təlimi
Microsoft Excel kursu gündəlik iş fəaliyyətində vaxtınıza qənaət etmək, məlumatları effektiv idarə etmək və hesabatlar hazırlamaq üçün zəruri bacarıqları öyrədən əhatəli təlim proqramıdır. Bu kurs həm yeni başlayanlar, həm də biliklərini dərinləşdirmək istəyən şəxslər üçün nəzərdə tutulub. Microsoft Excel təlimi sizə excel kursu çərçivəsində funksiyalar, qrafiklər və analiz metodları ilə peşəkar işləmə bacarığı qazandıracaq.
Microsoft Excel təlimi zamanı öyrənəcəyiniz əsas bacarıqlar
Microsoft Excel təlimi aşağıdakı mövzuları əhatə edir:
- Cədvəllərin yaradılması, məlumatların sıralanması və filtrdən istifadə
- Əsas funksiyalar: SUM, IF, VLOOKUP, COUNTIF və digər hesablama alətləri
- Qrafik və diaqramlarla vizual təqdimatlar
- Pivot Table ilə məlumatların qruplaşdırılması və təhlili
- İş proseslərinin avtomatlaşdırılması üçün qısa yollar və praktik üsullar
Microsoft Excel kursu bütün bu bacarıqları real nümunələr üzərində sizə praktiki şəkildə öyrədir.
- Data Analitika
- Mühasibat
- İnsan Resursları
- Marketinq
- Komputer bilikləri
- Biznes Təlimləri
Müştəri rəyləri Müraciət edin
- 32 saat tədris müddəti
- 100 önəmli funksiya
- 100+ praktiki test
- 2+ quiz
- Öz sahəsi üzrə peşəkar təlimçi ilə dərslər
- Ölkənin nüfuzlu ekspertlərinin iştirakı ilə tərtib olunmuş əhatəli təlim planı
- Təkrar təlim imkanı (modul zəif mənimsənildikdə, lakin davamiyyət yüksək olarsa)
- Dərslərin video qeydlərinə baxmaq imkanı
- Sertifikat
- İş imkanı - uğurlu məzunlarımızın iş yerlərinə tövsiyyə edilməsi
- Portfolionun qurulmasına dəstək
- Mentor dəstəyi
Microsoft Excel telimi kimlər üçün uyğundur?
Microsoft Excel telimi maliyyə, mühasibat, analitika, satış, insan resursları və idarəetmə sahəsində çalışanlar, tələbələr və özünü peşəkar şəkildə inkişaf etdirmək istəyən hər kəs üçün uyğundur. Əgər siz gündəlik iş proseslərinizi daha çevik və effektiv etmək istəyirsinizsə, bu excel telimi sizin üçün ideal seçimdir.
Niyə Microsoft Excel kursu?
Microsoft Excel kursu təcrübəli təlimçilər tərəfindən hazırlanmış, real iş nümunələri və praktiki tapşırıqlarla zənginləşdirilmiş bir proqramdır. Microsoft Excel təlimi sizə yalnız proqramı öyrətmir, həm də düşüncə tərzinizi optimallaşdırır. Excel təlimi ilə peşəkar hesabatlar hazırlamağı, məlumatları analiz etməyi və Excel alətlərindən maksimum dərəcədə istifadə etməyi öyrənin. Excel kursu ilə iş dünyasında fərq yaradan bacarıqlara sahib olun.
Tədris mövzuları
Öyrənməyə nə vaxt istəsəniz başlayın, planlamanı indi edin!
Dərslərinizin tədris ediləcəyi otaqlar
Tez-tez verilən suallar
Təlim kursunda iştirak edə bilmək üçün ilkin tələblər nələrdir?
Təlimdə iştirak etmək üçün əsas tələblərdən biri dərs saatlarına riayət edərək vaxtında iştirak etmək, digəri isə təlim prosesinin səmərəliliyini təmin etmək məqsədilə şəxsi kompüterin gətirməkdir.
Təlim hansı bilik səviyyəsi üçün nəzərdə tutulub?
Təlim yeni başlayanlar üçün 0-dan başlayaraq peşəkara doğru öyrədilir. Bu təlimi bitirdikdən sonra Makro (VBA) səviyyə üçün biliklərinizi artıra bilərsiniz.
Praktiki tapşırıqlar olur?
Bəli, real iş mühitində tələb olunan biliklərin öyrədilməsi ilə yanaşı, bu biliklərin praktiki tətbiqi vasitəsilə möhkəmləndirilməsinə də şərait yaradılır.
Excel kursları kimlər üçündür?
Təlim mühasiblər, insan resursları əməkdaşları, maliyyəçilər, auditorlar, data analitiklər, mühəndislər, satış analitikləri, dövlət qulluqçuları, təchizatçılar, vergi mütəxəssisləri, SƏTƏM mütəxəssisləri, marketoloqlar, biznes analitiklər, logistika və gömrük mütəxəssisləri, eləcə də şəxsi biznesini idarə etmək istəyənlər üçün nəzərdə tutulub.
Excel kurslarında nələr öyrənəcəm?
Excel kurslarında, Excel-in məntiqini və incəliklərini öyrənəcək, gündəlik işlərdə daha sürətli və vaxta qənaət edərək mürəkkəb hesabatları tez hazırlamağı, biznesin mövcud durumunu hesabatlarda əks etdirməyi, böyük verilənlər üzərində işləməyi, mürəkkəb funksiyalarla hesablama işlərini asanlaşdırmağı və hesablamaları avtomatlaşdırmağı öyrənəcəksiniz.
"Excel" təliminin müddəti nə qədərdir?
"Excel" təlimi 2 ay davam edir və toplam 32 saatlıq dərsləri əhatə edir. Təlim müddəti ərzində sizə Excel-də mükəmməl biliklər təqdim ediləcək.
Təlim hansı formatlarda mövcuddur?
Təlim həm online, həm də offline formatlarda təqdim olunur. Beləliklə, dünyanın hər yerindən qoşulmaq və ya yerində iştirak etmək mümkündür.
Təlimdə hansı əsas mövzular öyrədiləcək?
Təlimdə aşağıdakı mövzular öyrədiləcək:
Excel-də Ustalıq: Excel-in ən çətin funksiyalarını sərbəst və peşəkar şəkildə istifadə etməyi öyrənəcəksiniz.
Dərin Məntiq və İncəliklər: Excel-in hər bir detalını anlayaraq işlərinizi sürətləndirəcək məntiqi öyrənəcəksiniz.
Vaxta Qənaət: İşlərinizi daha sürətli və effektiv yerinə yetirərək vaxtınıza qənaət edəcəksiniz.
Mürəkkəb Hesabatlar: Tez və dəqiq hesabatlar hazırlayaraq müəssisəniz üçün dəyərli məlumatlar təqdim edəcəksiniz.
Biznes Analitikası: Biznesinizin vəziyyətini dəqiq hesabatlarla əks etdirərək strateji qərarlar verə biləcəksiniz.
Böyük Verilənlər: Böyük verilənlərlə peşəkar səviyyədə işləyərək analitik bacarıqlarınızı inkişaf etdirə biləcəksiniz.
Funksiyalar və Avtomatlaşdırma: Mürəkkəb funksiyalar və avtomatlaşdırma vasitələrindən istifadə edərək iş yükünüzü azaldacaq və effektivliyi artıracaqsınız.
Təlim qiymətinə hansı xidmətlər daxildir?
Təlim qiymətinə aşağıdakılar daxildir:
Canlı dərslər və ya qeydə alınmış video dərslər
Təlim materialları (slaydlar, nümunələr, təlimat kitabçaları)
Praktiki tapşırıqlar və layihələr
Peşəkar təlimçi ilə birbaşa əlaqə
Əlavə dəstək və resurslara giriş
Təlimdən sonra hansı bilik və bacarıqları əldə edəcəyəm?
Təlimdən sonra siz:
Excel-də ən çətin funksiyaları sərbəst və peşəkar şəkildə istifadə etməyi bacaracaqsınız.
Dərin məntiq və incəlikləri öyrənərək işlərinizi sürətləndirəcəksiniz.
Vaxtınıza qənaət edərək işlərinizi daha sürətli və effektiv şəkildə yerinə yetirə biləcəksiniz.
Mürəkkəb hesabatlar hazırlayaraq müəssisəniz üçün dəyərli məlumatlar təqdim edə biləcəksiniz.
Biznes analitikası sahəsində dəqiq hesabatlar təqdim edərək strateji qərarlar verə biləcəksiniz.
Böyük verilənlərlə peşəkar səviyyədə işləyərək analitik bacarıqlarınızı inkişaf etdirə biləcəksiniz.
Mürəkkəb funksiyalar və avtomatlaşdırma vasitələrindən istifadə edərək iş yükünüzü azaldacaq və effektivliyi artıracaqsınız.
Təlimin praktiki hissəsi necə təşkil edilir?
Təlimin praktiki hissəsi real dünya nümunələri və tapşırıqlardan ibarətdir.
İştirakçılar öyrəndikləri bilikləri tətbiq edərək Excel-də müxtəlif layihələr və hesabatlar hazırlayacaqlar.
Təlimdə iştirak etməyim üçün əvvəlcədən hər hansı bir bilik tələb olunurmu?
Təlimə qatılmaq üçün əvvəlcədən Excel biliklərinə ehtiyac yoxdur. Təlim, sıfırdan başlayaraq öyrənmək istəyənlər üçün də uyğundur.
Təlimdən sonra hansı sertifikatları əldə edəcəyəm?
Təlimi uğurla tamamladıqdan sonra İnnab Business School-un rəsmi sertifikatını əldə edəcəksiniz. Bu sertifikat, Excel üzrə bilik və bacarıqlarınızı təsdiqləyəcək.
Təlimdən sonra necə dəstək alacağam?
Təlimdən sonra sizə geniş mentor dəstəyi təqdim olunur. Mentorlarımız, öyrəndiklərinizi tətbiq etməyə, qarşılaşdığınız problemləri həll etməyə və inkişafınızı davam etdirməyə kömək edəcəklər. Mentor dəstəyi, real iş mühitində biliklərinizi daha da gücləndirmək və əlavə məsləhətlər almaq imkanı verir.
Niyə İnnab Business School-u seçməlisiniz?
İnnab Business School-u seçməyiniz üçün bir neçə səbəb var:
Sahənin Lideri: Biz 9 ildir Excel təlimləri sahəsində bazarın ən yaxşısı olaraq tanınırıq.
Təqdim etdiyimiz biliklər və metodikalar bazardakı ən mükəmməl standartlara cavab verir.
Tanınmış Müəlliflər: Ölkədə ən çox baxılan Excel YouTube kanalının və ən çox satılan "55 dərsə Excel" kitabının müəllifiyik.
100% Uğur Zəmanəti: Təlimimizdən tam məmnun qalmağınıza zəmanət veririk.
Praktiki və Nəzəri Biliklər: Təlimimiz həm praktiki, həm də nəzəri biliklərlə sizi əhatə edir.
Videoların Təqdimatı: Dərsləri qaçırdığınız zamanlar və ya yenidən baxmaq üçün dərslərin videolarını təqdim edirik.
Peşəkar Təlimçilər: Təlimlərimizi sektorda tanınmış, peşəkar təlimçilər aparır.
Geniş Mentor Dəstəyi: Təlimdən sonra sizə əlavə mentor dəstəyi təqdim edilir, beləliklə, öyrəndiklərinizi daha da inkişaf etdirə bilərsiniz
Təlimi bitirdikdən sonra real iş imkanları təqdim olunurmu?
Təlimin sonunda xüsusi imtahanda (scoring) 80% və üzəri bal toplayan məzunların işə düzəlməsinə zəmanət verilir.
Sualınız var?
Hardan başlamaqda tərəddüd edirsinizsə, bizə zəng edin!
- Gənclik filialıTel: (+994) 50 290 61 21
- Elmlər filialıTel: (+994) 70 290 61 21





